Maide.az

Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb

Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb.   Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.   Əlavə məlumat veriləcək.