Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib
Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib. Maide.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar martın 12-də, yerli vaxtla saat 04:42-də, Astara rayonundan 13 km cənubi-şərqdə, 48 km dərinlikdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.