Xəzərin Azərbaycan sektorunda zəlzələ
Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Bu barədə Maide.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Təkanlar yerli vaxtla saat 05:53-də qeydə alınıb. Maqnitudası 3.0, dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.