Maide.az

Whatsapp peşmançılıq müddətini uzadıb

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp" daha bir yenilik edib.   Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki,  mesajlaşma platformasında yazılan mətnlərin silinməsi üçün verilən müddət bir qədər də artırılıb.   Buna qədər mesajların silinməsi 7 dəqiqə ərzində mümkün idisə, artıq bu müddət 1 saat 8 dəqiqə 16 saniyəyə qədər uzadılıb.   Test mərhələsində olan bu yenilənmə may ayı ərzində həm iOS, həm də Android istifadəçilərinin ixtiyarına veriləcək.