Maide.az

WhatsApp istifadəçiləri gün ərzində 55 milyard mesaj göndərir

1 milyarda yaxın insan WhatsApp vasitəsi ilə gün ərzində 55 milyard mesaj göndərir.   Maide.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “WhatsApp” şirkətinin vitse-prezidenti Nirac Arora Dubayda keçirilən beynəlxalq konfrasda çıxışı zamanı deyib.   Onun sözlərinə görə, WhatsApp-ın populyarlığı bu proqramın etibarlılığı və sadəliyi ilə bağlıdır.   Arora xatırladıb ki, WhatsApp istifadəçilər arasındakı ünsiyyəti "end-to-end " üsulu ilə şifrələyir.