Whatsapp-da videonu yükləmədən baxmaq imkanı yaranıb
Android bazasından smartfon istifadəçiləri artıq Whatsapp-da vidoya artıq yüklənmə müddətində baxa bilərlər. Mobil qurğular üçün bu yaxınlarda iki yeni funksiya işə salınmışdı və bu günə kimi onlara ancaq beta-versiyada baxmaq olar. Əvvəllər Whatsapp istifadəçiləri ilk öncə videonu yükləməli və ancaq bundan sonra ona baxmalı idilər. Artıq vaxta qənaət imkanı yaranıb: Əgər yuzer əlavə olunan rolikin onu qane etmədiyini anlasa, əməliyyatı ləğv edə bilər. Hələ ki, bunun trafikə nə dərəcədə təsir edəcəyi məlum deyil. Gələcəkdə bu imkan iOS və Windows Phone idarəçiliyində olan mobil qurğulara da tətbiq olunacaq.(faktxeber)