Maide.az

WhatsApp-dan daha bir YENİLİK - FOTO

Tezliklə məşhur mesencerin göndərinlən linklərə baxılması üçün yeni quraşdırılmış brauzeri olacaq.   Beləliklə, veb-səhifələri elə WhatsApp-ın içində açmaq mümkün olacaq və linklərə baxmaq üçün artıq WhatsApp-dan çıxmağa ehtiyac qalmayacaq.   Maide.Az bidlirir ki, bu, istifadəçinin vaxta qənaət etməsinə, həmçinin, spam və feyk xəbərlərlə mübarizəyə imkan verəcək.   Tətbiqə quraşdırılan brauzer zərərli veb-səhifələrə keçidlər barədə də xəbərdarlıq edəcək.   Bundan əlavə, Facebook və WhatsApp qurucuları əmin edir ki, istifadəçinin keçid tarixçəsini onlar görə bilməyəcəklər.   Hələlik yeni funksiya yalnız WhatsApp-ın Android üçün tətbiqinin beta-versiyasında işləyir. Geniş istifadəçi kütləsinə təqdim ediləcəyi vaxt barədə isə məlumat verilmir. /İslaminSesi /