Maide.az

Vurğun Əyyub Müsavat Məclisinin üzvlüyündən çıxarılmasına münasibət bildirib

Vurğun Əyyub Müsavat Partiyasının Məclis üzvlüyündən çıxarılmasına münasibət bildirib.   O, APA-ya açıqlamasında Məclis üzvlüyündən çıxarılmasından xəbərsiz olduğunu bildirib: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.   Qeyd edək ki, V. Əyyub Müsavatın Məclisini, eləcə də digər strukturları qeyri-legitim hesab edir.   O, Müsavat Məclisinin bu gün keçirilmiş toplantısında sabiq başqan İsa Qəmbərin təklifi ilə Məclis üzvlüyündən çıxarılıb.