Venesuela prezidenti Ayətullah Xameneiyə : Sizdən çox dərslər almışam
Venesuela prezidenti Nikolas Maduronu Ali Lider Ayətullah Xamenei ilə görüşündə, bildirib ki, sizdən çox şey öyrəndim. Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumunda (Gas Exporting Countries Forum – GECF) iştirak edən Venesuela prezidenti Nikolas Maduronu qəbul edib. Maide.az xəbər verir ki, Görüşdə Maduro Ali Lider Ayətullah Xameneiyə öz sevgi və sayğısını bildirib. “Venesuelanın sabiq lideri Hoqo Çavez sizə və İrana böyük sayğısı var idi. Mən də sizinlə görüşməmizdən bir çox dərs almışam. Sizin tövsiyyə və sözləriniz isə məndə çox müsbət təsir bağışlayıb” Venesuela prezidenti deyib ki, imperializm , dünyada qrışıqlıq və xaus yaratmaqla ölkələrin kimliyini təhqir etməklə müstəqilliyini əlindən alır. “Venesuela xalqı və hökuməti Amerikaya qarşı mübarizəsini davam etdirəcək. Sizin buyurduğunuz kimi, xalqın dəstəyi və düşüncələrdə dəyişiklik yaratmaqla düşmənləri məğlub edə bilərik”. /