Maide.az

Venesuelanın paytaxtının yarısında işıq söndü - QƏZA

Venesuelanın paytaxtı Karakasın bir hissəsində elektrik enerjisi dayandırılıb. Maide.Az  Trend-ə istinadla xəbər verir ki, Barut rayonunun meri Darvin Qonsales bildirib ki, fövqəladə halın aradan qaldırılması üçün bütün lazımi planlar işə salınıb. Mer "Twitter" səhifəsində qeyd edib: "İşığın kəsilməsinə qəza səbəb olub. Yalnız Çulaviste, Kolinas-Belyo və Kumbres-de-Kurumoda elektik verilişi stabildir". Belə halın artıq 3-cü gündür ki, ardıcıl olaraq Karakasda təkrarlandığı qeyd edilir.