Maide.az

Venesuela Kolumbiya ilə sərhəddə 3 körpünü bağladı

Ötən gün axşam Venesuela hökuməti Kolumbiya ilə sərhəddə yerləşən 3 körpünü müvəqqəti bağlamaq qərarı verib.   Bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes məlumat verib.    “Bolivar hökuməti əhalini xəbərdar edir ki, Kolumbiya hökumətinin sülh və Venesuela hakimiyyətinə qarşı ciddi və qeyri-qanuni təhdidlər səbəbindən Simon Bolivar, Santander və Birlik Körpüsü adlı körpüləri müvəqqəti olaraq dayandırmağa qərar verildi ", - deyə Delsi Rodriqez özünün Tvitter hesabında yazıb.   Venesuela rəsmisi ölkələr arasında sərhədlərin Kolumbiya tərəfindən “kobud və zorakı hərəkətlərin” dayandırılmasından sonra mümkün olacağını qeyd edib.   Xatırladaq ki, fevralın 23-də Venesuela müxalifəti ölkəyə “humanitar” yardımın gətirilməsini planlaşdırıb./eastnews.org/