Maide.az

Venesuela Birləşmiş Ştatlardakı səfirini geri çağırıb

Venesuelanın xarici işlər naziri öz twitter hesabından yaydığı açıqlamada bildirilir ki, ​Venesuela Birləşmiş Ştatlardakı səfirini geri çağırıb. "Biz ABŞ-dakı işlər vəkilimiz Maksimilian Arvelası təcili məsləhətləşmə üçün geri çağırırıq", - deyə o yazıb.   Maide.az xəbər verir ki, bu addımın atılmasına səbəb Vaşinqtonun Venesuelanın yeddi vətəndaşına qarşı sanksiya tətbiq etməsidir.    Bundan əvvəl Venesuela tezliklə ABŞ-ın milli təhlükə və yeni sanksiyaların tətbiq edilməsi haqqında bəyanatlarını cavablandıracağını vəd edib.