Maide.az

Vasif Talıbov universitet əməkdaşlarının maaşını artırdı

Universitet əməkdaşlarının sosial durumunu yaxşılaşdırmaq məqsədilə maaşlar 10% artırılıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universiteti əməkdaşlarının maaşlarının artırılması haqda sərəncam imzalayıb.   Sərəncama əsasən universitet əməkdaşlarının sosial durumunu yaxşılaşdırmaq məqsədilə maaşlar 10% artırılır.   Sənəd yanvarın 9-da imzalansa da yanvarın 1-dən qüvvəyə mindiyi qeyd edilir.(Turan)