Varşavada leysan yağışlar: Metro qismən dayanıb və bir neçə küçə bağlanıb
Güclü leysan yağışları Varşavanın sosial durumunu bərbad hala salıb. Maide.Az xarici mediaya istinadən bildirir ki, Varşava metronun iki stansiya bağlanıb, avtodayanacaqları su basıb və bir çox küçələrdə tıxaclar yaranıb. Güclü yağışlar Polşaya gecə saatlarında yağıb. Yerli mənbələrin verdiyi məlumata görə, yağmurlu hava şəraiti Polşa paytaxtında daha üç gün davam edəcək. /