Maide.az

Valyuta mübadilə məntəqələri: «Yuxarıdan gözləməyi tapşırıblar”

Azərbaycan Mərkəzi Bankı real valyuta bazarını izləmir – cümə-bazar ertəsi valyuta mübadilə məntəqələri dollar satmayıb. Onlar Turan müxbirinə deyiblər ki, «yuxarıdan gözləməyi tapşırıblar», amma xarici valyutanı həvəslə götürüblər.   Dolların məzənnəsi valyuta mübadilə məntəqələri müxtəlif olub: alış 1,45- 1,55, satış 1,65 – 1,85. Amma satış olmayıb.   Eyni zamanda AMB bu gün məlumat yayıb ki,  «növbəti devalvasiya barədə deyilənlər şayiədir». Amma qara bazarda –28 May küçəsində dollar 1,8 – 2 manata satılıb.   Dekabrın 21-də AMB manatın üzən məzənnəsini (dollara nisbətdə mənfi 47,7%, avroya nisbətdə 48%) elan edib, amma banklar bu nisbətə əməl etmir. Bütün mabadilə məntəqələri isə bu və ya digər banka bağlıdır. /