Maide.az

Valyuta ehtiyatı və pul bazası nə qədər azalıb?

Aprel ayında Mərkəzi Bankın həm valyuta ehtiyatı, həm də pul bazası azalıb.   Maide.Az "Novator.az"a istinadən xəbər verir ki, rəsmi hesabatlar mayın 4-də yayılıb.    Açıqlamaya görə, mayın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 465,8 milyon dollar, pul bazasının həcmi 8 milyard 413 milyon manat olub.   Aprelin 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 508 milyon dollar, pul bazasının həcmi 9 milyard 471 milyon manat idi.   Bir ayda valyuta ehtiyatında 42,2 milyon dollar, pul bazasında 1 milyard 58 milyon dollar azalma qeydə alınıb.