Maide.az

Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində saxlanılanların sayı 217 nəfərə çatıb.   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Piter Nyüşem bildirib.   Onun sözlərinə görə, şəhərdə qeydə alınan müxtəlif insidentlər zamanı 6 polis əməkdaşı xəsarət alıb.   “Ümumiliklə iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb, 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb”, deyə P.Nyüşem qeyd edib.