Maide.az

Vaşinqtonda etiraz aksiyası zamanı 400 nəfər saxlanılıb

Vaşinqtonda Konqres yaxınlığında keçirilən etiraz aksiyası samanı 400 nəfər saxlanılıb   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları nəhəng maliyyə korporasiyaların ABŞ-ın siyasətinə təsirini azaltmağa çağırıblar.   Aprelin 2-də Filadelfiyada start götürən aksiya Vaşinqtonda davam edib. Əksəriyyətini gənclər təşkil edən aksiya iştirakçıları Kapitolinin pilləkənlərinə yaxınlaşarkən polisin müqaviməti ilə qarşılaşıblar. İcazəsiz aksiyanın iştirakçıları polis məntəqələrinə aparılıb.   İnsident nəticəsində zərərçəkən olmayıb. /