Vəfat etmiş Azərbaycanlı zəvvar Nəcəf şəhərində dəfn olunacaq
Ərbəin ziyarəti üçün İraqa səfər etmiş Azərbaycanlı zəvvar vəfat edib. Maide.Az "Cenubpress" qəzetinə istinadən xəbrə verir ki, Ərbəin ziyarətinə getmiş Musayev Rauf Həbulla oğlu bu gün İraqın Samira şəhərində Əsgəreyn (ə) imamlarının hərəmini ziyarətdən sonra geri qayıdarkən avtobusda ürək tutmasından dünyasını dəyişib. Bildirilir ki, 1956-cı il təvəllüdlü mərhum R.Musayev Yardımlı qəsəbə sakini olub. Maide.Az-ın məlumatına görə, Mərhumun R.Musayevin ailəsinin razılığı ilə onun cənazəsi dəfn olunmaq üçün Nəcəf şəhərinə aparılıb. Sənədləşdirmə işləri bitdikdən sonra mərhum Nəcəf şəhərində torpağa tapşırılacaq.