Vəhşi fillər Myanmalı müsəlman qaçqınların düşərgəsinə hücum edib
Vəhşi fillər Myanma – Banqladeş sərhəddində Yuxiya şəhərində Myanmalı müsəlman qaçqınların düşərgəsinə hücum edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, vəhşi fillərin hücumu nəticsəində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən 3 nəfəri uşaq və hamısı bir ailənin üzvidir. Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı hücumlarının ardınca bu bölgədən 515 mindən çox Rohingiyalı müsəlman Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.