Maide.az

Vəkil: Şeyx Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər verdiyimiz kimi Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-da saxlanılıb.   Maide.Az xəbər verir ki, ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.   Tanınmış vəkilin açıqlamasında deyilir:   Media tərəfindən mümkün qədər yaylmasını xahiş edirəm: Sərdar Babayev barəsində Masallı rayon Məhkəməsinin bu günkü qərarı ilə həbs qətimkan tədbiri seçilib, hansı müddətə sabah biləcəm. Ona elan olunan ittiham: Cinayət Məcəlləsinin 168-1.1. maddəsi İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması .   1) Sərdar Babayev Azərbaycanda dini təhsil alması ilə bağlı istintaq orqanında məlumat vardır; 2) Maddənin özü Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasına ziddir; 3) Bu cinayət az-ağır cinayətlər kateqoriyasına aiddir; 4) Sərdar Babayev dəfələrlə istintaq orqanının çağırışlarına könüllü olaraq gəlibdir.   Hökümət rəsmilərindən xahiş edirəm bu qanunsuzluğun aradan qaldırılması üçün müdaxilə edilsin və Sərdar Babayev həbsdən azad edilsin.