Maide.az

Və Quql yeni telefonlarını təqdim etdi

  Quql (Google) maraqla gözlənilən HTC istehsalı iki telefonu Pixel və Pixel XL təqdim olunub. Artıq rəsmən Quqlun məşhur Nexus seriyasına vida edirik. Uzun illər ərzində Nexus adı ilə satın aldığımız Nexus telefonları, yerini Pixel telefonlarına buraxır.   Maide.Az xəbər verir ki,Quqlun (Google) təqdim etdiyi Pixel XL-in dizaynı izləyicilər tərəfindən bəyənilib. Arxa tərəfi qəşəng oval quruluşa malik olan telefonda, kamera, flaş və sensorlar sol üst tərəfdə yan-yana yerləşdirilib. Metal kənarları telefona xüsusi gözəllik verir.    Ölçüsü 154.7 x 75.7 x 8.6 mm və 168 qram ağırlığı olan Pixel rəqiblərindən çoxda fərqlənmir.   Quql (Google) Pixel-in Xüsusiyyətləri Çevrəsi: Metal Ekran: 5" 1080p AMOLED screen (441ppi); Gorilla Glass 4 Sistem: Android 7.1 Nougat; Android Assistant Nüvə: Snapdragon 821 Yaddaş: 4GB of RAM; 32GB or 128GB storage Kamera: 12MP (f/2.0, 1.55µm); EIS, 8MP selfie camera Video: 2160p Bağlantı: LTE (Cat. 9-12); Wi-Fi calling; USB Type-C Batereya: 2,770mAh (32h talk time, 552h standby); Fast charging (7h talk time in 15min)