Maide.az

Vəkil: Mövsüm Səmədova qarşı ikili standartlar tətbiq edilir

Azərbaycan İslam Partiyasının (AİP) lideri, həbsdə olan Mövsüm Səmədovun vəkili  Yalçın İmanov bildirib ki,  beynəlxalq hüquq-müdafiə təşkilatları Mövsüm Səmədovun hüquqlarının pozulması ilə bağlı seyrçi mövqe tuturlar   Maide.Az xəbər verir ki,  "Turan"-a  danışan vəkil Y.İmanov yerli və beynəlxalq QHT-lər, siyasi partiyalar tərəfindən M.Sadıqovun aclıq aksiyasına reaksiyanın olmamasından gileylənib.   Y.İmanovun fikrincə, beynəlxalq hüquq-müdafiə təşkilatları M.Səmədovun hüquqlarının pozulması ilə bağlı seyrçi mövqe tuturlar.   Vəkil Avropa İnsan Hüquqları Məhkəməsini də qınayıb.   “Bir neçə il öncə AİHM-də Səmədovun iki şikayəti üzrə kommuniksiya başa çatıb, lakin qərar hələ də açıqlanmayıb. Bu, “ikili standartlar”ın təzahürüdür. Çünki bəzi şəxslərin barəsində qərarlar həmin il açıqlanır”, - vəkil vurğulayıb.   Qeyd edək ki, Azərbaycan İslam Partiyasının (AİP) lideri, həbsdə olan Mövsüm Səmədov 17 gün aclıq aksiyası keçirib. , M.Səmədov Konstitusiyaya düzəlişlərə etiraz olaraq aclıq edirdi.   Vəkil sentyabrın 15-də Qobustan həbsxanasında M.Səmədovla görüşüb.   “Mövsüm Səmədov sentyabrın 15-də aclığı dayandırıb. Həmin gün onun cərimə təcridxanasında (karser) saxlanma müddəti də başa çatıb və o, kameraya qaytarılıb”, - vəkil bildirib.   M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.   Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.