Vəhabi İŞİD terrorçuları Yunis (ə) Peyğəmbərin məzarını dağıtdı
Təkfirçi vəhhabi İŞİD terror təşkilatı yeni bir dəhşətlə görüntülər yayıb. Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, İŞİD-in yaydığı video görüntülər Mosulun yaxınlığındakı Nineva şəhərində bir qəbiristanlıqda çəkilib. İŞİD yaraqlıları əllərindəki baltalarla daşdan olan köhnə qəbiristanlığı dağıtmağa başlayıb. O məzarlardan birinin isə həm müsəlmanlar, həm də xristianlar üçün müqəddəs sayılan Yunis (ə) peyğəmbərə aid olması iddası gərginliyi bir az da artırıb. /