Şüvəlanda bacısını öldürən oğlanın qaynatası: `Dedi ki, boğub öldürmüşəm`
Bakıda qardaş bacısını boğaraq qətlə yetirib. Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutub. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib: "Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb". Xəzər rayon Prokurorluğundan hadisənin məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədimova qeyri-rəsmi yaşadığı şəxsdən ayrıldıqdan sonra qardaşının evinə köçüb. Aralarında mübahisə düşən qardaş bacını boğaraq qətlə yetirib. Hadisəni törədən T. Qədimov könüllü olaraq polisə təslim olub.