Uqanda İslam Universitetində tibb elmi üzrə dərslər keçiriləcək
Uqanda Ali Təhsil üzrə Milli Şurası Kampala İslam Universitetinin nəzdində tibb elmləri üzrə məktəb açmağa icazə verib. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Habib Medical School adlanacaq bu məktəb qapılarını ilk tələbələrin üzünə oktyabrın 25-də açacaq. Burada oxuyacaq tələbələrin sayı cəmi 100 nəfər təşkil edir. Kampala İslam Universitetinin nümayəndəsi Şaban Lukuyə bildirib ki " Məktəbdə tibb elmləri üzrə və cərrahiyə üzrə bakalavr dərəcəsini almaq mümkün olacaq. Gələcəkdə bu istiqamətlərə stomatologiya, radiologiya və farmasevtika fakültələri də əlavə olunacaq. Uqandanın digər ali təhsil müəssələri kimi, buradada hər tibb tələbəsi 20 000 şilling ödəyəcək. " Cənab Lukuya həmçin qeyd edib ki, təhsil müəssəsi tələbələrin təcrübə keçməsi üçün yaxındakı xəstəxana ilə artıq müqavilə imzalayıb. //