Maide.az

Uçot dərəcəsi endirilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6.75 faizə endirilməsi barədə qərar qəbul edib.   Faiz dəhlizinin aşağı həddi 6.25 faiz, yuxarı həddi 7.25 faiz səviyyəsində saxlanıb.   Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında məlumat verib.   Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il 18 sentyabr tarixində ictimaiyyətə açıqlanmalıdır.   AMB uçot dərəcəsinə bu il ərzində indiyədək beş dəfə baxıb.