Maide.az

Universitet müəllimi özünü asdı

Dünən Bakının Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar edib.   Bu barədə Binəqədi Rayon Polis İdarəsindən xəbər veriblər.   Məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsindəki evinin çardağında özünü asıb.   Hadisə yerindən mərhumun məktubu tapılıb. Həmin məktubda o bildirib ki, xəstəlik üzündən intihar edir.   İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş.