Maide.az

UNICEF: Suriyalı qaçqın uşaqların 85 faizi yoxsulluq həddinin altındadır

Suriyadakı savaşdan İordaniyaya qaçanların arasında 5 yaşına qədər uşaqların 94 faizi tibb və məktəbəqədər təhsil müəssisələrindən istifadə edə bilmir   Maide.Az "İslam Today"a istinadən xəbər verir ki, bu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən açıqlanıb.   UNİCEF-in ekspertləri İordaniyada qeydə alınmış 660 min qaçqın ailəsi arasında araşdırma aparıb.   BMT-nin Uşaq Fondunun şöbə müdiri Robert Cenkins bildirib ki, hazırda uşaqların qidalanma şəraiti olduqca acınacaqlıdır.   Cenkins digər ölkələri qaçqınlara daha fəal kömək etməyə çağırıb.   O deyib ki, hazırda İordaniyadakı uşaqların qidalanma və tibbi ehtiyaclarını qarşılamaq üçün 145.7 milyon dollara ehtiyac var.