UNICEF:1800-dən çox myanmalı uşaq ailəsini itirib
25 avqustdan indiyədək Myanmanın Arakan bölgəsindən evlərindən didərgin düşərək Banqladeşə sığınan müsəlmanların sayı 400 minə çatıb ki, onlardan 220 min nəfəri uşaqdır. Maide.Az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü Christophe Boulierac bildirib. Banqladeşin Coxs Bazar şəhərinin yaxınlığında UNİCEF-in qaçqınlara yardım işlərini izləyən Ç.Boulierac “AA” müxbirinə bildirib ki, Arakandan Coxs Bazar düşərgəsinə qaçqınların axını davam edir. O deyib ki, qaçqın düşərgəsinə gələn uşaqlardan 1822-si ailələrini itirib. “Bunlar bizim qeydiyyata aldığımız təxmini rəqəmlərdir. Ailələrini itirən uşaqların sayı daha çoxdur”.