Maide.az

Şumaxerin əfsanəvi bolidi hərraca çıxarılacaq

Əfsanəvi”Formula 1” pilot Mixael Şumaxerin 2002-ci ildə yarışlarda sürdüyü bolidi hərraca çıxarılacaq. Maide.az “Posta”ya istinadən xəbər verir ki, hərrac 30 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Bolidə başlanğıc olaraq 6,1 milyon funt-sterlinq (təxminən 12,7 milyon manat) təyin edilib. Qeyd edək ki, Şumaxer həmin bolidlə 2002-ci ildə İtaliya, Avstriya və Fransadakı yarışların qalibi olmuşdu.