Maide.az

Ukrayna qondarma “erməni soyqırımı”nı tanıya bilər

Bu gün Ukraynanın Ali Radasına qondarma “erməni soyqırımı”nın tanınması haqqında 2530 saylı qanun layihəsi daxil olub.    “İnterfaks-Ukrayna” xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı bitərəf deputat (141 saylı dairədən seçilib, mərkəz – Tatarbunar şəhəri, Odessa vilayəti), “Vidrojdeniya” deputat qrupunun üzvü Vitali Barvinenkodur.    Hazırda Ali Radanın saytında sənədin mətni açıqlanmayıb.