Maide.az

Ukrayna ordusu və Luqansk separatçıları atəşkəs barədə razılıq əldə ediblər

Ukrayna ordusu və Luqansk separatçıları arasında Rusiyanın və ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlarda dekabrın 5-dən etibarən bütün cəbhə boyu atəşin dayandırılması barədə razılıq əldə edilib.   ATƏT-in Ukraynadakı müşahidə missiyası noyabrın 29-da keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Vladimir Əsgərov, Rusiya ordusunun general-leytenantı Aleksandr Sentsov, eləcə də qondarma “Luqansk Xalq Respublikası”nın nümayəndələrinin və ATƏT müşahidəçilərinin iştirak etdiyini açıqlayıb. Razılığa əsasən dekabrın 6-dan etibarən ağır hərbi texnika ön cəbhədən çıxarılmalıdır.       Qeyd edək ki, ATƏT və Rusiyanın iştirakı ilə sentyabrın 5-də Minskdə atəşkəs barədə saziş imzalanıb. Lakin Donetsk və Luqanskda separatçıların keçirdikləri “seçki”lərdən sonra vəziyyət yenidən gərginləşib və lokal toqquşmalar başlayıb.