Maide.az

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.   APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.   271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.   Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.