Maide.az

Ukrayna MDB-dən çıxır

Ukrayna Ali Radasında dekabrın 8-də ölkənin MDB-dən çıxması məsələsinə baxılacaq “Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk dekabrın 8-də Ali Radada Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinə baxılacağını bildirib.   APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Vitali Kovalçuk “Ukrayna” telekanalının efirində bəyan edib. “Bazar ertəsi Ukraynanın MDB-dən çıxması məsələsi Ali Radanın deputat fraksiyalarının və komitələrinin rəhbərlərinin Məşvərət Şurasında müzakirəyə çıxarılacaq”, deyə o bildirib. Bundan əvvəl Ali Radada MDB məsələləri üzrə altkomitənin artıq fəaliyyət göstərməyəcəyi bildirilmişdi. Ali Radanın deputatları noyabrın 27-də Ukraynanın MDB-dən çıxması haqqında qərarın layihəsini hazırlayıblar. /