Maide.az

Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb

Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.   Məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.   Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.   Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.   Faktla bağlı araşdırma aparılır. / Report/