Maide.az

Ukraynada seçkilər: prezident Zelenskinin partiyası irəlidədir

21 iyulda Ukraynada keçirilən növbədənkənar partlament seçkilərinin ilkin nəticələrinə görə, prezident Volodymyr Zelenskinin partiyası irəlidədir.   Exit-poll-a əsasən, "Xalqın qulluqçusu" partiyası parlamentdə çoxluq təşkil edəcək, amma bir hökumət qurmaq üçün onlara koalisiya ortağı lazımdır.   Cənab Zelenski bu ilin aprelində keçirilən prezident seçkisində zəfər qazanmışdı, lakin istədiyi nazirləri təyin edə bilməmişdi.    O, radikal islahatlar həyata keçirməyə və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib.   Bazar günü Kiyevdə səsvermədən sonra BBC-nin əməkdaşı Steve Rosenberg-lə danışan cənab Zelenski parlament seçkilərini "bəlkə də prezident seçkisindən daha əhəmiyyətli" adlandırıb.   Seçkilərdə 22 siyasi partiyanın nümayəndələri iştirak ediblər.   Bir qism rəsmi xəbərlərə görə, səslərin 29 faizi hesablanıb. Hesablamalara əsasən, prezident Zelenskinin partiyası 42,1%, Rusiyayönlü "Həyat naminə" müxalifət platforması isə 12,7% səs toplayıb.   Lakin Volodymyr Zelenski bu platorma ilə hər hansı bir koalisiya ehtimalını istisna edib.   Seçkilərdən sonra Kiyevdə danışan prezident Zelenski, rokçu ulduz Svyatoslav Vakarçukun başçılıq etdiyi bir partiyanı koalisiya qurma mövzusunda danışıqlar aparmaq üçün dəvət etdiyini söyləyib.   Radada 450 yerdən 225 yerə seçki partiya siyahıları üzrə keçirilir, 119 yerə seçki majoritar sistem üzərində qurulub, qalan yerlər isə azad qalıb.  /bbc /