Maide.az

Ukraynada Quran yarışması keçirilib - FOTO

Ukraynın Kiyev şəhərində Quran yarışması keçirilib.    Maide.Az “İqna” –a istinadən xəbər verir ki,  6-40 yaşlar arasında keçirilən Quran yarışmasında 65 nəfər iştirak edib.    İki günlük yarışmada iştirakçılar Quranın 2 cüz, 5 cüz, 10 cüz və 15 cüzünün əzbərlənməsi üzrə yarışıb.   Yarış iştirakçılarının 40 faizi qadınlar olub.    Samiyə İrada adlı iştirakçı  yarışmanın qalibi olub.