Maide.az

Ukraynadakı döyüşlərdə 5 nəfər ölüb

Ukraynanın şərqində baş verən ayrı-ayrı insidentlərdə 2 Ukrayna əsgəri və 3 mülki sakin ölüb.   Ordunun sözçüsü Andriy Lysenko iyunun 11-də bildirib ki, son gün ərzində rusiyapərəst separatçıların hücumu nəticəsində 2 əsgər ölüb, 13-ü isə yaralanıb.   Onun sözlərinə görə separatçılar ağır silahlardan istifadə edib.   Separatçıların komandanı Eduard Basurin isə Ukrayna ordusunun Horlivka şəhərini atəşə tutuması nəticəsində 3 qadının öldüyünü deyir.   ATƏT-in müşahidəçilər missiyası hər iki tərəfi atəşkəs rejimini pozmaqda günahlandırır.   Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb./