Ukraynada hərbi anbarda partlayış baş verib - VİDEO
Ukraynanın Çerniqov vilayətindəki hərbi obyektdə partlayış baş verib. Maide.Az "FaktXəbər"ə istinadla bildirir ki, bu barədə Ukrayna Sİlahlı Qüvvələrinin Baş Qərargah İdarəsi Facebook səhifəsinə məlumat yerləşdirib. Məlumata görə, partlayış yerli vaxtla 03:30 radələrində hərbi anbarın 6-cı arsenalındakı texniki ərazidə qeydə alınıb. Bildirilir ki, insanlar ərazidən evakuasiyası edilib. Hadisədən sonra Ukraynanın Çerniqov vilayətinin bütün ərazisində və sərhədi boyunca məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.