Maide.az

Ukraynada bir ildə Leninin 500-dən çox heykəli sökülüb

Ukraynanın Milli Yaddaş İnstitutu bir il ərzində Ukraynada Vladimir İliç Leninin 504 abidəsinin söküldüyü barədə məlumat yayıb.   Maide.az xəbər verir ki, ölkədə kommunist liderinin hələ 1700-ə qədər abidəsinin qaldığı bildirilir.   Ukraynada bu proses keçən il dekabrın 8-dən etibarən başlanıb. Həmin gün Leninin Kiyev şəhərinin mərkəzindəki heykəli sökülmüşdü.   İnstitutun məlumatına görə, sökülən abidələrin çoxu Xmelnitski və Vinnitsk vilayətlərinin payına düşür.