UEFA prezidenti seçkisinin vaxtı və yeri açıqlanıb
UEFA-ya yeni prezidenti seçkisinin vaxtı və yeri müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Qriqori Surkis İcraiyyə Komitəsinin İsveçrənin Bazel şəhərindəki iclasından sonra açıqlama verib. O bildirib ki, seçki sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada baş tutacaq. UEFA prezidenti vəzifəsinə namizədlər ərizələrini iyulun 20-dək təqdim etməlidirlər. Qeyd edək ki, UEFA-nın əvvəlki prezidenti Mişel Platini korrupsiya ittihamı ilə əlaqədar fəaliyyətindən 4 il müddətinə kənarlaşdırılıb. O, qitə futbol qurumuna 2007-ci ildən başçılıq edirdi. /