Maide.az

UEFA prezidenti Bakıya gəlib

  Aleksander Çeferin AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək    UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.    Maide.Az AFFA-nın saytına istinadən məlumat verir ki, səfər qurumun prezidenti Rövnəq Abdullayevin dəvəti əsasında baş tutub.    A.Çeferin bu gün saat 19.00-da Avropa Liqasının C qrupunda "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.   Xatırladaq ki, A.Çeferin sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək. /