Maide.az

UEFA azərbaycanlı hakim-inspektora təyinat verib

Asim Xudiyev Latviyaya yollanacaq   UEFA beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə təyinat verib.  "Report"un məlumatına görə, A.Xudiyev Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Latviyaya yollanacaq. O, "Spartak" və Belarus "Dinamo"su arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq. Qeyd edək ki, oyun iyulun 7-də Yurmala şəhərindəki "Sloka" stadionunda keçiriləcək.