Maide.az

UEFA açıqladı: ən erkən qol Bakıda vuruldu

  Yan Şikoranun 10.69-cu saniyədə vurduğu qol turnirin ən erkən qolu kimi tarixə keçib.   UEFA "Slovan"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu ilk qolunun sözügedən turnirin ən erkən qolu olduğunu rəsmən açıqlayıb.   Çexiya klubunun futbolçusu Yan Şikoranun 10.69-cu saniyədə vurduğu qol turnirin ən erkən qolu kimi tarixə keçib.   Bundan əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənən"Sevilya"nın futbolçusu Vitoloya məxsus idi. (xezerxeber) /   Avropa Liqasının ən sürətli qolları: 10.69 saniyə - Yan Şikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016 13.21 saniyə - Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015 15.19 saniyə - İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009 16.88 saniyə - Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014 18.18 saniyə - Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010 19.19 saniyə - Serxio Aquero ("Mançester Siti" - "Portu" - 4:0) 22/02/2012