Maide.az

Twitter bu istifadəçilərə pul verəcək

Twitter öz istifadəçilərinə video yerləşdirdiyi üçün  pul ödəmək niyyətindədir.    FaktXəbər-in məlumatına görə, bu barədə "Recode" agentliyi yazıb.   Məlumatda bildirilir ki, sosial şəbəkə gəlirlərin 70%-ini istifadəçilərə verəcək. Halbuki Youtube portalı yalnız 55% ödəyir.    Bundan əlavə, Twitter "Youtube"dən fərqli olaraq öz istifadəçilərindən eksklüzivliyi istəmir. Bu o deməkdir ki, sosial şəbəkə istifadəçiləri öz videolarını digər portal və saytlarda yerləşdirə bilər.    Twitter rəhbərliyinin sözlərinə görə, bu təklif Youtube biznes strukturundan qat-qat sərfəlidir.