Maide.az

`Tvitter`də işarə limiti ləğv olunmur

"Tvitter" mikrobloqlar servisində "bir məlumatda 140 işarə" məhdudiyyəti qüvvədə qalacaq. Trendin məlumatına görə, bu barədə "Tvitter"in icraçı direktoru Cek Dorsi bildirib.   C.Dorsi bu bəyanatla vaxtaşırı KİV-də "tvit"dəki işarə limitinin ləğv olunacağına dair məlumatları təkzib edib: "Məhdudiyyət qalacaq. Bu bizim üçün yaxşı məhdudlaşdırıcıdır və lakonik olmağa imkan yaradır".   Qeyd edək ki, "bir məlumatda 140 işarə" məhdudiyyəti "Tvitter"in 2006-cı ildə yarandığı gündən qüvvədədir.   Eyni zamanda C.Dorsi etiraf edib ki, işarə limitinin aradan qaldırılması mikrobloqa yeni auditoriyanı cəlb etmək üçün yaxşı vasitədir. /