Turistlər üçün Həzrət Nuhun (ə) gəmisinə oxşar gəmi hazırladılar- FOTO
Uzun müddətdən sonra artıq Həzrət Nuhun (ə) gəmisinə oxşar gəminin tikilməsi layihəsi iyul ayında başa çatacaq və gəmi istifadəyə veriləcək. Maide.Az xəbər verir ki, gəmi ağacdan və eyni ilə Həzrət Nuhun (ə) gəmisinə oxşar hazırlanıb. Gəminin hazırlanmasına 100 milyon dollar vəsait xərclənib. Gəmi hazır olduqdan sonra iyul ayında Amerikanın Kentukki şəhərində turiszm bölgəsində açılışı olacaq. Gəminin daxilində bir neçə heykəl quraşdırılacaq və Həzrət Nuh (ə) və onun ailəsini təsvir ediləcək. Bu heykəllər İncildə təsvir olunduğu kimi hazırlanacaq. Gəmidə 30 növ heyvanın modelləri quraşdırılacaq.