Tunisdə saat 19:00-dan 06:00-dək ölkə daxilində hərəkətə qadağa qoyulub
Tunis prezidenti Qais Said iyulun 26-da saat 19:00-dan 06:00-a qədər ölkə daxilində insanların və nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi barədə fərman imzalayıb. Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə ölkə başçısının administrasiyasından bildiriblər. Məlumata əsasən, fərman iyulun 26-dan avqustun 27-dək qüvvədə olacaq. Gecə işləyən, təcili vəziyyətlərdə çalışan insanlar üçün istisnalar ediləcək.