Maide.az

Tunisdə uşaq ölümləri davam edir: Nazir ölümlərin səbəbini açıqladı

Tunisdə dövlət xəstəxanasında ölən uşaqların sayının artaraq 12 olması gərginliyi daha da pisləşdirib.    Faktlarla bağlı səhiyyə nazirinin müavini Səniyə Bişeyh açıqlama verib.    O açıqlamasında bildirib ki, uşaqlar infeksiya nəticəsində ölüblər.    “Biz ölümə səbəb olan infeksiyanı hələ də tapa bilməmişik”, - deyə Səniyə Bişeyh qeyd edib. /eastnews.org/